AZ

Rusiyada hərbi institutun 40 kursantı zəhərlənib

Rusiya Daxili İşlər Nazirliyinin Voronej İnstitutunda 40 kursant zəhərlənib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, onlardan 7-si xəstəxanaya yerləşdirilib.

Tələbələr mayın 9-10-da özlərini pis hiss ediblər: onlar qarın ağrısı və ürəkbulanmadan şikayət ediblər. Yeddi kursant isə Voronej vilayət yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib.
 
Qalanları ambulator müalicəyə aparılıb, hamısında kəskin bağırsaq infeksiyası əlamətləri olub.

Xəstəliyin səbəbləri hələ də məlum deyil.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
2
azxeber.com

3Mənbələr