AZ

“Qaçqınkom”un 2 milyonluq kombi layihəsi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti “Tunel-Metro İnşaat” MMC ilə satınalma müqaviləsi imzalayacaq. 

Valyuta.az xəbər verir ki, maliyyə dəyəri 2 300 401,86 manat olan müqavilə “Kürdəxanı qəsəbəsi daxilində tikilmiş məcburi köçkün qəsəbəsində isti su və isitmə sistemlərinin quraşdırılacaq kombiyə qoşulması işləri” ilə bağlıdır. 

“Tunel-Metro İnşaat” MMC 5 fevral 1997-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Seyfullayev Şövqi Xalid oğludur. 

Maraqlıdır ki, “Tunel-Metro İnşaat” MMC-nin saytında şirkətin 2001-ci ildə təsis edildiyi bildirilir. 

Saytda həmçinin qeyd edilir ki, “Tunel-Metro İnşaat” MMC yarandığı vaxtdan Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə həyata keçirilən məcburi köçkünlər üçün yaşayış qəsəbələrinin və hündürmərtəbəli yaşayış evlərindən ibarət məhəllələrin tikintisi tenderlərində iştirak etmiş və bir qayda olaraq tikintiləri aparmaq hüququ qazanıb.

Hüseyn
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143

1Mənbələr

Şərh ()
Bağla