AZ

Florentino Peres: “Hər qənimət bizi digərinə sövq edir”

İspaniya nəhəngi “Real”ın prezidenti Florentino Peres rəhbəri olduğu klubun sahib olduğu zehniyyət haqda söhbət açıb.

Arena.az “Madrid Xtra” dərgisinə istinadən, Peresin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Biz dünyanın ən sevilən klubuyuq. Hər qənimət bizi növbəti qənimətə sövq edir. “Bayern”lə oyun xüsusi idi. İndi biz iyunda Çempionlar Liqasının daha bir finalında oynayacağıq.

Əminəm ki, futbolçular bura daha bir Çempionlar Liqası kuboku ilə qayıtmaq üçün hər şeyi edəcəklər”, deyə Florentino Peres vurğulayıb.

Xatırladaq ki, cari mövsüm Çempionlar Liqasının yarımfinalında “Real” Almaniya nəhəngi “Bayern”lə Münhendəki 2:2 hesablı heç-heçənin ardınca, evdə 2:1 hesablı əzmkar qələbə qazanaraq, Avropanın ən mötəbər klub yarışının finalına yüksəlib.

“Real” həlledici oyunda Almaniyanın digər təmsilçisi – Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
arena.az

1Mənbələr