AZ

Bakı üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, mayın 13-19-da paytaxtda müxtəlif idman növü üzrə yarışlar keçiriləcək.

Ümummilli lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş şahmat turniri - 10-20 may, saat 11:00 (11 saylı UGİM);
Tennis üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş reytinqli Avropa Tennis Turnirləri (12, 14, 16, 18 və 18-dən yuxarı yaşlılar) – 15 aprel - 8 iyun (Bakı);
Bilyardın "Pool-9" növü üzrə kişilər və qadınlar arasında ölkə çempionatı – 11-13 may (Bakı);
Boks üzrə gənc oğlanlar və qızlar arasında "Heydər Əliyev Cup-2024" beynəlxalq turniri – 12-19 may (Bakı);
100 xanalı dama üzrə ölkə birinciliyi (gənclər 2005-2007, kadetlər 2008-2010, kiçik kadetlər 2011-2013, ümidlər 2014 və daha kiçik yaşlı oğlanlar və qızlar) – 13-23 may (Bakı);
Şahmat üzrə şəhid Rasim Məmmədovun xatirəsinə həsr olunmuş Bakı şəhər məktəbliləri arasında turnir - 15 may, saat 10:00 (254 nömrəli tam orta məktəb);
Şotakan karate-do üzrə dünya və Avropa qalibi, məşqçi S.Namazovla ustad dərsləri - 15 may, saat 10:00 (233 nömrəli məktəb);
Şahmat üzrə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Xətai rayonunda yerləşən dövlət qurumlarının əməkdaşları arasında turnir - 17 may, saat 10:00 (3 nömrəli RİOEUGŞİM);
Atletika üzrə ölkə yay çempionatı – 17-18 may (Bakı);
Voleybol üzrə kişilər arasında Avropa Qızıl Liqası - I tur – 17-19 may (Bakı)
28 May - Müstəqillik Gününə həsr olunmuş voleybol üzrə (qızlar), stritbol üzrə (oğlanlar), şahmat üzrə (oğlanlar və qızlar arasında) turnir - 18 may, saat 11:00 (Tibb Universiteti);
Velosiped üzrə "MTB Gross country" ölkə açıq çempionatı - I mərhələ (bütün kateqoriyalar) – 18 may (Bakı);
Həndbol üzrə kişilər, qadınlar arasında ölkə kuboku – 18-30 may (Bakı);
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı – 19 may (Bakı);
Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş cüdo turniri - 19 may, saat 11:00 (Səbail rayonu).

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
idman.biz

1Mənbələr