AZ

“Dünya son 60 ildə heç vaxt olmadığı qədər nüvə eskalasiyasına yaxındır”- SUNAK

Dünya son 60 ildə heç vaxt olmadığı qədər nüvə eskalasiyasına yaxındır.

Azpost.info xəbər verir ki, bunu Britaniya hökumətinin başçısı Rişi Sunak deyib və bu vəziyyəti Rusiyanın hərəkətləri ilə izah edib.

“Rusiya prezidenti Vladimir Putinin ehtiyatsız davranışı bizi Karib böhranından bəri heç vaxt olmadığı qədər təhlükəli nüvə eskalasiyasına yaxınlaşdırdı” – Sunak bildirib.

Onun sözlərinə görə, növbəti beş il Böyük Britaniya üçün ən təhlükəli, lakin eyni zamanda krallığın indiyə qədər yaşadığı ən böyük dəyişiklikləri gətirən illərdən biri ola bilər.

Sunak çıxışında onu da bildirib ki, növbəti parlament seçkilərindən sonra hakimiyyətə gələ biləcək müxalifətçi Leyboristlər partiyası ölkənin təhlükəsizliyini təmin edə bilməyəcək.

O xatırladıb ki, leyboristlərin kölgə kabinetində yüksək vəzifə tutan bir sıra siyasətçilər bundan əvvəl Britaniyanın nüvə silahından imtina etməsinin tərəfdarı olduğunu bildiriblər.

Azpost.info

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
21
azpost.info

10Mənbələr