AZ

Ərdoğan: HAMAS-ın mindən çox üzvü Türkiyə xəstəxanalarında müalicə alır

HAMAS-ın mindən çox üzvü Türkiyə xəstəxanalarında müalicə alır.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstan Baş naziri Kiriakos Mitsotakislə keçirdiyi görüşün nəticələrinə dair birgə mətbuat konfransı zamanı bildirib.

O, Yunanıstan Baş naziri K.Mitsotakisin iddiasını şərh edərək, HAMAS-ı terror təşkilatı hesab etmədiyini, müqavimət hərəkatı olaraq qəbul etdiyini vurğulayıb.

K.Mitsotakis isə Qəzzada təcili atəşkəsə nail olmaq məsələsində Türkiyə ilə həmfikir olduğunu diqqətə çatdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
2
apa.az

3Mənbələr