AZ

Zaqatalada ağır qəza, Vətən Müharibəsi qazisi öldü - Foto

Zaqatalada iki nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

***

Qəza zamanı “VAZ 21013” markalı avtomobildə olan 1993-cü il təvəllüdlü Kəlbəcər rayon sakini, Vətən müharibəsi qazisi Samir Fəxrəddin oğlu Həsənov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. 

Həmin avtomobildə olan digər iki nəfər - Zaqatala rayon sakinləri 1981-ci il təvəllüdlü Zaur Bəxtiyar oğlu Heydərov və 1987-ci il təvəllüdlü Ramil Ramiz oğlu Əliyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə şöbəsinə  yerləşdiriliblər. 

Yaralılardan Z. Heydərovun vəziyyətinin ağır olduğu bildirilir.

Mübariz  Muradov


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
4
qafqazinfo.az

10Mənbələr