AZ

“COP29 bu vaxta qədərki COP sessiyalarının ən uğurlusu olacaq”

“Azərbaycan beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi edir. Qlobal mövzulara ölkəmizin ali-siyasi rəhbərliyinin hər zaman ədalətli mövqeyi olub. Düşünürəm ki, COP29-un ölkəmizdə keçirilməsi onun qlobal problemlərin həllinə həssaslıq nümayiş etdirdiyini sübut edir”. 

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü fəlsəfə doktoru İlqar Orucov deyib. O qeyd edib ki, ölkə başçısı bəşəriyyətə problem yaradan məsələlərin həllində hər zaman ədalətli mövqe nümayiş etdirib:

“COVİD-19 pandemiyası zamanı Qoşulmama Hərəkatına üzv dövlətlərin ölkə başçılarının görüşündə  də Prezident İlham Əliyev ədalətli mövqeyini bir daha ortaya qoydu. Bu, möhkəm siyasi iradə tələb edir. Sülhə çağırış, insanların sağlamlığı ilə bağlı irəli sürülən çağırışlar, indi isə iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı çağırışlar ölkə başçısı tərəfindən hər zaman gündəmə gətirilib. COP29-un ölkəmizdə keçirilməsinə dair ölkələrin yekdil qərarının kökündə dayanan səbəblərdən biri də məhz budur. Ölkədəki sabit vəziyyət də bu qərarın verilməsinə təsir edən amillərdəndir”. 

Ekspert vurğulayıb ki, COP29-a hazırlıq işləri uğurla davam edir:

“Düşünürəm ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu vaxta qədərki COP sessiyalarının ən uğurlusu olacaq. Tədbirə hazırlıq işləri, müzakirə olunacaq mövzuların əhəmiyyəti, iştirak edəcək qonaqların sayı bunu deməyə əsas verir. Düşünürəm ki, Azərbaycan COP29-a böyük töhfə verəcək”.

Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162
demokrat.az

1Mənbələr