AZ

"Birkart" BOKT-ın xalis zərəri 2 dəfədən çox azalıb

"Birkart" BOKT MMC 2023-cü ili 117 min 278 manat xalis zərər ilə başa vurub. Təşkilat 2022-ci ili 265 min 413 manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "Birkart" BOKT-ın xalis zərəri 2,3 dəfə azalıb.

Marja.az xəbər verir ki, "Birkart" BOKT-ın əsas əməliyyat gəlirləri 2022-ci ildə 20 min 66 manat ikən, 2023-cü ildə 2 min 3 manata düşüb (10 dəfədən çox azalıb).

31 dekabr 2023-cü il tarixində "Birkart" BOKT MMC 62 milyon 321 min manat cəmi aktivlərə malik olub. Təşkilat 2022-ci ilin sonunda 30 milyon 707 min manat cəmi aktivlərə malik idi. Şirkətin aktivlərinin böyük hissəsi (60 milyon 629 min manat) investisiyalar ilə bağlıdır.

2018-ci ildə yaradılmış və 63 milyon 90 min manat nizamnamə kapitalına malik olan "Birkart" BOKT MMC-nin 100% payçısı "Kapital Bank" ASC-dir. BOKT kreditlərin verilməsi üçün yaradılıb.

boktBirkart
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116

1Mənbələr

Şərh ()
Bağla