AZ

Şəhid qardaşı: Bundan sonra Quzanlıdakı Şəhidlər xiyabanını ziyarət etməklə təsəlli tapacağıq

Şəhid

Ağdam, 13 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Qardaşımın şəhid olduğunu bilsək də, nəşi haqqında heç bir məlumatımız yox idi. Bu gün 30 ildən sonra onu dəfn etdik. Bundan sonra Quzanlıdakı Şəhidlər xiyabanını ziyarət etməklə təsəlli tapacağıq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində şəhid Hikmət Əliyevin qardaşı Cavad Əliyev deyib.

O bildirib ki, ailənin ikinci övladı Hikmət 18 yaşı tamam olanda hərbi xidmətə yollanmışdı. Ağdam cəbhəsində gedən döyüşlərdə iştirak edib. Döyüş yoldaşlarının dediyinə görə 1993-cü il iyulun 23-də - Ağdam şəhəri işğal olunan gün düşmən gülləsinə tuş gəlib.

“Qarabağ müharibələrində təkcə bizim kənddən ümumilikdə 50-dən artıq şəhid və itkin var. Artıq bütün şəhidlərin ruhları şaddır. Çünki 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində doğma kəndimiz Mərzili də daxil olmaqla torpaqlarımız işğaldan azad olundu, şəhidlərimizin qisası alındı”, – deyə şəhid qardaşı söyləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
azertag.az

1Mənbələr