AZ

Qərb şirkətləri Rusiyada 1,3 trilyon rubl qazanıblar - Rusiya büdcəsinə milyardlarla ödəniş ediblər

“2023-cü ildə Qərb şirkətləri Rusiyada 1,3 trilyon rubl qazanıblar ki, bu da müharibədən əvvəlki 2021-ci ildən 40% çoxdur”.

“AzPolitika” xəbər verir ki, bu barədə “Novaya qazeta Europe” qəzetində dərc olunmuş araşdırmada bildirilir.

Məqalədə qeyd olunur ki, yüz ən böyük Qərb şirkətinin mənfəəti artmaqda davam edib: 2022-ci ildə Rusiyada 1,1 trilyon rubl qazandıqları halda ötən il onların gəlirləri daha 15% artıb.

Xarici gəlirlərin böyük hissəsi Rusiyanın məhdudiyyətləri səbəbindən dondurulur. Ona görə də bu pullar Ukraynada müharibəni davam etdirən Rusiya iqtisadiyyatı üçün əlavə mənbəyə çevrilib.

Xarici vəsaitlərin dondurulmasından əsas faydalanan Rusiya büdcəsi olub. Belə ki, dövlət xəzinəsi 2023-cü ildə xarici şirkətlərdən 422 milyard rubl vergi alıb. Bu vəsaitin demək olar ki, yarısı - 207 milyard rubl dörd ən böyük investor tərəfindən köçürülüb: Fransanın “TotalEnergies”, Britaniyanın BP, Avstriyanın “Raiffeisen” və Hollandiya “Shell” şirkətləri.

“Novaya Gazeta Europe” hesablamalarına görə, onların vergiləri keçən il Rusiya büdcəsinin bütün gəlirlərinin təxminən 1,5 faizini təşkil edib.

Nəşr qeyd edir ki, yalnız Rusiya hakimiyyətinin təklif etdiyi şərtlərlə razılaşan və biznesi Kremllə razılaşdırılmış alıcıya ötürənlər Rusiyadakı aktivlərini sata bilərlər.

Qəzetinə müsahibə verən hüquqşünas bildirir ki, qalan şirkətlərin gəlirlərini idarə etmək üçün üç yolu var: “Xarici şirkətlər, Rusiya hakimiyyətinin icazə verdiyi kimi, ayda on milyon rubl çıxara bilər (bütün gəlirləri bu yolla çıxarmaq üçün onlara əsrlər lazım olacaq). Başqa bir yol, Rusiyada istehsalın və yeni texnologiyaların genişləndirilməsinə əhəmiyyətli məbləğdə sərmayə qoymaqdır.

Məlumdur ki, müharibənin başlaması ilə belə investisiyalar Qərb şirkətləri tərəfindən dayandırılıb. Üçüncü yol isə qazanılan vəsaiti Rusiya bankında rubl hesabına yatırmaqdır. Bu aktivlər bank balansında nəzərə alınır və Rusiya maliyyə sisteminin sabitliyini dəstəkləyir”.

Rasim Əliyev

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99

1Mənbələr

Şərh ()
Bağla