AZ

Çində Azərbaycan Ticarət Evi açılacaq

Bakı. Trend:

Azərbaycan Çin Xalq Respublikasında fəaliyyət göstərən ticarətevlərinin sayını artırır.

Trend bubarədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyalarınTəşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

"Mayın 15-də Çinin Nankin şəhərində Azərbaycan Respublikasıİqtisadiyyat Nazirliyinin və Çindəki Ticarət Nümayəndəliyinindəstəyi ilə Çinin bu şəhərində ilk Azərbaycan Ticarət Evinin açılışmərasimi keçiriləcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, hazırda Azərbaycanın Çinin Tsindao, Kançatsie,Sian, Çendu və Pekin kimi şəhərlərində ticarət evləri, həmçininŞanxay, Harbin, Tsinan və Uhanda 4 ticarət obyekti fəaliyyətgöstərir.

Bundan başqa, Urumçi və Şanxayda Azərbaycan məhsullarınınsatıldığı üç şərab ticarəti evi fəaliyyət göstərir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
235
8
az.trend.az

8Mənbələr