AZ

Azərbaycan Deputatının İtaliya səfəri: Təhsil işlərinin təcrübəsində iştirak və Beynəlxalq işbirliyi

İtaliyaya səfər çərçivəsində nümayəndə heyəti Roma şəhərində Bio Medica Universitetində qonaq oldu.

QHT.az xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov Azərbaycanda həyata keçirilən təhsil islahatları haqda danışıb: "Azərbaycanda son illər təhsil sahəsində çox böyük işlər görülüb. “Təhsil İşçilərinin Avropa Peşə - Təcrübə Proqramı” kimi bu cür tədbirlər çox önəmlidir. Azərbaycanlı müəllimlər burada öyrəndiklərini daha sonra öz ölkəmizdə də tətbiq edəcəklər. Azərbaycan və İtaliya arasında bütün sahələrdə münasibətlər yüksək səviyyədədir. Təhsil sahəsində də birgə əməkdaşlıqlar mövcuddur. Buna nümunə olaraq Azərbaycan - İtaliya universitetini göstərə bilərəm".

Daha sonra universitetin prorektoru Valerio Greco İtaliya təhsil sistemi haqda seminar keçib.

Sonda təhsil işçilərinə beynəlxalq sertifikat verilib.

 

Pərvanə Fərhadqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
qht.az

1Mənbələr