AZ

Millidə baş məşqçi problemi: əcnəbi sevdası, yoxsa yerli mütəxəssis qıtlığı…

Futbol üzrə Azərbaycan millisinə baş məşqçi axtarışları davam edir.Ötən ilin sonlarında italiyali mütəxəssis Canni De Byazi ilə yollarını ayıran yığma komandanın baş məşqçi postuna uyğun namizəd hələ də tapılmayıb. 

Düzdür, milli keçirdiyi yoldaşlıq oyunlarında yerli mütəxəssis Arif Əsədovun rəhbərliyi altında yaşıl meydanlarda mübarizə aparsa da, AFFA yığma komandanın iyundakı oyunlarına kimin rəhbərlik edəcəyini hələ açıqlamayıb.

İdman jurnalisti Ceyhun Rzayev 90deqiqe.Az-a açıqlamasında deyib ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev ötən həftə Avropaya səfər edərək bir neçə mütəxəssislə danışıqlar aparıb.

Onun sözlərinə görə, son məlumat belədir ki, AFFA-nın seçimi slovakiyalı Vladimir Vayssdır: “Danışıqlar yubanır. Hətta Vayss variantı alınmasa belə, milliyə başqa bir əcnəbi gətirəcəklər. Təəssüflənməmək olmur. Əcnəbi sevdasından əl çəkmirlər. Bu postu çox rahatlıqla yerli baş məşqçiyə tapşırmaq olar. İndiyədək millimizə rəhbərlik etmiş hansı əcnəbi mütəxəssis uğurlu olub? Heç biri. Amma biz yenə də özümüzünkülərə şans vermirik”.

Sadiq Cavadov



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111

1Mənbələr

Şərh ()
Bağla