AZ

"Qarabağ" çempionluq kubokuna bu tarixdə qovuşacaq

Azərbaycan Premyer Liqasında 36-cı turun “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan sonra mükafatlandırma mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, 26 may tarixində “Azersun Arena”da baş tutacaq tədbirdə cari mövsümün çempionu “Qarabağ” klubuna medallar və çempionluq kuboku, həmçinin turnirin bombardirinə mükafatlar təqdim ediləcək.

Qeyd edək ki, sözügedən matç saat 19:30-da başlayacaq və çempionatın cari mövsümdə sonuncu oyunu olacaq.

Azərbaycanda 2023/24-cü illər futbol mövsümünə iyunun 2-də keçiriləcək Azərbaycan kubokunun final matçı ilə yekun vurulacaq. Həmin görüşdə "Qarabağ" və "Zirə" komandaları üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
publika.az

1Mənbələr