AZ

"Qəzzada nüvə silahından istifadə edə bilərsiniz"

ABŞ-ın respublikaçı senatoru Lindsey Graham NBC telekanalında yayımlanan "Meet the Press" proqramında İsrailin Qəzzaya hücumlarından danışıb.

News24.az xəbər verir ki, "İkinci Dünya Müharibəsində Xirosima və Naqasakiyə bomba atmaqla müharibəni bitirmək qərarına gəldik. Bu, düzgün qərar idi. İsrail, bir yəhudi dövləti olaraq, sağ qalmaq üçün nə lazımdırsa, etmək hüququnuz var" Graham deyib.

"İsrailə uduzmağa gücü çatmayan bu müharibəni bitirmək üçün lazım olan bombaları verin və itkiləri minimuma endirmək üçün onlarla birlikdə çalışın", - o, əlavə edib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden mayın 9-da verdiyi açıqlamada İsrailin Rəfaha böyük bir hücum edəcəyi təqdirdə ona silah yardımını dayandıracağını bildirib. Baydenin bəyanatına həm ABŞ-da Respublikaçılar Partiyası, həm də İsrail tərəfindən reaksiya verilmişdir.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132

1Mənbələr

Şərh ()
Bağla