AZ

Müasir texnika və texnologiyaların neft sənayesində tətbiqi istiqamətində müzakirələr aparılıb

Bakı, 13 may, AZƏRTAC

Azərbaycan Mühəndislik Akademiyası ilə SOCAR arasında qarşılıqlı maraq doğuran əməkdaşlıq çərçivəsində müasir texnika və texnologiyaların neft sənayesində tətbiqi istiqamətində görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Mühəndislik Akademiyasından bildirilib. Görüşdə Mühəndislik Akademiyasının vitse-prezidenti akademik Əhəd Canəhmədov, “Elm” İstehsalat Birliyinin baş direktoru professor Kamal Əskərov, Milli Aviasiya Akademiyasının prorektoru professor Xaqani Abdullayev, Elmi-Tədqiqat İnstitutunun direktoru dosent Aydın Musayev və şöbə müdiri Ənvər İsayev, Təcrübə-Sınaq İstehsalatının rəis müavini Faiq Ələsgərov, SOCAR Baş Ofisinin Keyfiyyətə Əminlik və Nəzarət Departamentinin rəis müavini Sabir Məmmədovun rəhbərliyi ilə 8 nəfər olmaqla Baş Ofis və “Azneft” İB-nin əməkdaşları iştirak ediblər.

Əvvəlcə SOCAR-ın nümayəndələri akademiyanın elmi-tədqiqat və istehsalat bölmələri ilə tanış olublar. Tanışlıqdan sonra dəyirmi masa ətrafında müzakirələr davam etdirilib. Əsasən SOCAR-ın neft-qaz mədənlərinin istismarında neft-qaz istehsalını artırmaq məqsədilə müasir texnika və texnologiyalar ətrafında geniş fikir mübadiləsi aparılıb. Professor Kamal Əskərov tərəfindən prezentasiya nümayiş etdirilib və qonaqlara akademiyada istehsal olunan yeni avadanlıq və cihazların kataloqu təqdim olunub.

Yekunda müzakirələrin davam etdirilməsi, mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və meydana çıxan çətinliklərin aradan qaldırılması istiqamətində qarşılıqlı fikir mübadilələrinin təşkil olunması qərara alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
azertag.az

2Mənbələr