AZ

Zəngin tarixə əsaslanan Azərbaycan-Slovakiya münasibətləri



Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərə gəlib. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək və geniş tərkibdə görüşü keçirilib.

Səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub. Mərasim çərçivəsində “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Dövlət başçısı İlham Əliyev Slovakiya Respublikasının Baş naziri Robert Fitson ilə birgə mətbuata bəyanatında iki ölkə arasındakı münasibətlərdə yeni səhifənin açıldığını vurğulayaraq müştərək yolumuzun çox uğurlu olacağına əminliyini ifadə edib.

Görüşdə həmçinin Azərbaycan və Slovakiya arasında energetika və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələləri geniş müzakirə edilib. Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Belə ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək.

Slovakiyanın Baş naziri Robert Fitso da öz çıxışında iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndiriləcəyinə və bu əməkdaşlığın yeni imkanlar açacağına əminliyini bildirdi.

Svetlana Mirzəyeva ,
YAP Qusar rayon təşkilatının fəalı




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
1

1Mənbələr

Şərh ()
Bağla