AZ

İran və Rusiya ticarətdə milli valyutadan istifadə edəcək

"Yaxın vaxtlarda İran və Rusiya arasında ticarətdə milli valyutanın istifadəsinə başlanacaq".

Bakıvaxtı.az İran Tələbələr Xəbər Agentliyinə (İSNA) istinadən xəbər verir ki, bunu Tehranda Ticarət Palatasının üzvləri ilə görüşdə çıxış edən İran Mərkəzi Bankının sədr müavini Möhsin Kərimi deyib.

 O, bildirib ki, Rusiya, Əfqanıstan və İraqla sərhədyanı rial tətbiqi ilə bağlı işlər davam edir. Rusiyada işlər isə artıq tamamlanmaq üzrədir:

"Bu sahədə ilk pilot tətbiq Rusiya ilə aparılacaq. Ona görə də iranlı iş adamlarından Rusiyaya ixracatlarında rialdan istifadə etməyə çağırıram. Bundan başqa, Rusiyadan idxal üçün ödənişləri rublla həyata keçirmək mümkün olacaq". 

Qeyd edək ki, İran və Rusiya 2022-ci ilin iyulunda qarşılıqlı ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə, öz milli valyutalarından istifadə etməyi planlaşdırdıqlarını açıqlamışdılar. İran lideri Ayətullah Əli Xamenei 2022-ci il iyulun 19-da Tehranda Rusiya prezidenti Vladimir Putinlə görüşündə "Dollar tədricən qlobal ticarət yolundan çıxmalıdır" - deyə qeyd etmişdi. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
bakivaxti.az

1Mənbələr