AZ

D vitaminin çox qəbul edilməsi ZƏRƏRLİDİRMİ?

D vitaminin faydaları barədə tez-tez eşidirik. Lakin bu vitaminin də həddindən artıq qəbulu bir sıra fəsadlar yarada bilir.

 

Sfera.az xəbər verir ki, orqanizm bu vitamini xolesteroldan emal edir. Amma D vitaminini qidalar vasitəsilə də qəbul etmək mümkündür.

 

Bu vitamin kalsium və fosforun mənimsənilməsini nizamlayır və imuniteti gücləndirir. Orqanizmdə D vitamini çatışmazlığı varsa, bir çox problemlərə yol açılır. Lazımı miqdarda D vitamini qəbul etmək xərçəng, diabet, sümük xəstəlikləri kimi bir çox xəstəliyə qarşı müdafiə mexanizmi yaradır.

 

D vitamini çatışmazlığı olanda isə sümük, əzələ zəifliyi və sümük deformasiyası kimi müxtəlif problemlər ortaya çıxır.

 

Gün işığının köməyilə lazımı qədər D vitamini alınmırsa, qida əlavəsi olaraq mütləq D vitamini qəbul etmək lazımdır. Lakin bu vitaminin normadan artıq qəbul edilməsi zəhərlənməyə səbəb ola bilir. Buna görə də D vitamini qəbulu həkim tövsiyəsi və nəzarəti ilə olmalıdır. Normadan artıq qəbul edilməsi kalsium artıqlığının yaranmasına səbəb olur. Qanda kalsiumun artması ishal, ürəkbulanma, keçməyən baş ağrısı yüksək təzyiq və oynaq ağrısı kimi problemlərə zəmin yaradır.

 

Böyrəklər də kalsium artıqlığına qarşı çox həssasdır. Həddindən artıq kaslium böyrək toxumalarına yığılırsa, böyrək daşı əmələ gətirir və ürək hüceyrələrinə də mənfi təir edir, hüceyrələrin funksiyası azalır.

 

Kalsium artıqlığı olan insanlarda ürək ritmi normal işləmir.

 

Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
sfera.az

1Mənbələr