AZ

Şuşa döyüşünün şəhidi: Vətən Müharibəsi Qəhrəmanının mövlududur

Bu gün Vətən Müharibəsi Qəhrəmanı, şəhid Mehrab Niftəliyevin mövlududur. 

"Cebhe.info" xəbər verir ki, Mehrab Söhrab oğlu Niftəliyev mayın 13-ü 1985-ci ildə Quba rayonunun Qam-qam kəndində anadan olub. O, 17 il Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət göstərib. Şəhidimiz ölkəmizlə yanaşı, digər xarici ölkələrdə təşkil edilən hərbi təlimlərdə uğurlara imza atıb. 

Azərbaycan Ordusunun baş giziri olan Mehrab Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlərdə düşmənin 70-ə yaxın hərbi qulluqçusunu, eyni zamanda bir neçə texnikasını məhv edib. Gərgin keçən savaşların birində yaralansa da, müalicəsini yarımçıq qoyaraq yenidən ön cəbhəyə yollanıb. 

Şuşanın alınması əməliyyatında xüsusi şücaətlə döyüşmüş Mehrab noyabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə şəhidə Vətən Müharibəsi Qəhrəmanı adı verilib. Niftəliyev “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi. Üç övladı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
cebheinfo.az

1Mənbələr