AZ

Avropa İttifaqı "Avroviziya"dakı bu qadağaya etiraz etdi

Avropa İttifaqı (Aİ) "Avroviziya" musiqi yarışmasının təşkilatçılarının müsabiqənin finalı zamanı Aİ bayrağının nümayişinə qadağa qoyması qərarından təəssüfləndiyini bildirib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı bu qərarla bağlı aydınlıq gətirmək niyyətindədir.

“Təəssüf ki, təkcə Aİ-ni deyil, həm də 46 ölkənin daxil olduğu Avropa Şurasını simvolizə edən bayrağın qadağan edilməsinin səbəbləri barədə hələlik məlumat almamışıq”, - o qeyd edib.

Mamer həmçinin vurğulayıb ki, Avropa Komissiyası səbəbləri müəyyən etmək niyyətindədir və gələcəkdə belə tədbirlərdə bayraqdan istifadə olunmasında israrlı olacaq.

Aİ nümayəndəsi “geosiyasi vəziyyətin” bu yarışmada Aİ bayrağının istifadəsinə üstünlük vermədiyi iddiası ilə razılaşmayıb. Onun fikrincə, musiqi yarışmasının təşkilatçıları belə qiymət verə bilməzlər.

Xatırladaq ki, "Avroviziya" finalı İsveçin Malmö şəhərində baş tutub və burada Nemo təxəllüsü ilə çıxış edən isveçrəli ifaçı Nemo Mettler "The Code" mahnısı ilə qalib gəlib.

T.İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101

1Mənbələr

Şərh ()
Bağla