AZ

Böyük Britaniya iqtisadiyyatı tənəzzüldən çıxır 

Bu ilin ilk üç ayında İngiltərədə ümumi daxili məhsulun həcmi 0,6 faiz artıb. 

Bakıvaxtı.az "Hurriyet"ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika Ofisi (ONS) açıqlama yayıb.

Bildirilib ki, ötən ilin ikinci yarısında ardıcıl yaşanan iqtisadi böhran Böyük Britaniya iqtisadiyyatının tənəzzülə uğramasına səbəb olmuşdu. Belə ki, 2023-cü ilin üçüncü rübündə ÜDM 0.1 faiz azalmışdı. Müvafiq dövrün  dördüncü rübündə isə ÜDM həcmi 0,3 faiz azalma ilə müşahidə olunmuşdu. Builki göstəricilər isə İngiltərə iqtisadiyyatının tənəzzüldən çıxdığını göstərir.

Maliyyə naziri Jeremy Huntun sözlərinə görə, bugünkü artım rəqəmləri iqtisadiyyatın pandemiyadan sonra ilk dəfə tam sağlamlığa qayıtdığının sübutudur. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
bakivaxti.az

1Mənbələr