AZ

AMEA Azad Həmkarlar İttifaqının aparat işçiləri və ilk təşkilatların sədrləri Heydər Əliyevin məzarını ziyarət ediblər

AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov, sədr müavini Şəhla Əmirova, aparat işçiləri və ilk təşkilatların sədrləri  dahi şəxsiyyət, unudulmaz lider Heydər Əliyevin məzarını doğum günü ilə əlaqədar ziyarət ediblər.

AMEA AHİ-nin əməkdaşları dərin hörmət və ehtiram ifadəsi olaraq Ulu Öndərin məzarı üzərinə gül dəstələri qoyub, ruhu qarşısında ehtiramlarını bildiriblər.

Həmçinin ziyarət iştirakçıları Ulu Öndərin ömür gün yoldaşı görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsini anmış, onun ruhu qarşısında baş əymiş və abidəsi önünə gül dəstələri qoymuşlar. 

Ziyarət zamanı iştirakçılar Azərbaycanın xilaskarı, sabitlik və inkişafın memarı dahi Heydər Əliyevinyenilməz iradəsindən, onun müstəqillik uğrundakı əvəzsiz xidmətlərindən danışmış, müasir Azərbaycanın taleyindəki möhtəşəm Zəfərin bu siyasətini məntiqi davamı olduğunu bildirmişlər. İştirakçılar həmçinin layiqli siyasi varis Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini yekdilliklə bəyan etmişlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr