AZ

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili yardım həkimi - Leyla Fətullayeva

“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin yüksəkixtisaslı təcili yardım həkimi Leyla Fətullayevanı təqdim edirik.

 

O, Mərkəzi Gömrük Hospitalında reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralanan xəstələrin təcili qəbulu, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələr üçün ilkin qiymətləndirmə və yardım, xəsarət almış və şok halında olan xəstələrin ilkin və yekun dəyərləndirilməsi, beyin zədəsi olan xəstənin Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardım, xəstələrin ölkə daxilində və ölkə xaricinə nəql olunması ilə məşğul olur.

 

Leyla Fətullayeva 2014-cü ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib, 2014-2018-ci illərdə Azərbaycan Tibb Universitetinin II Daxili xəstəliklər kafedrasının Kliniki bazasında olan Toksikologiya şöbəsində terapevt ixtisası üzrə rezidentura təhsili alıb.

 

Həkim müxtəlif illərdə Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyi bir çox mötəbər yarışlarda - Bakı-2015 Avropa Oyunları, 2019 və 2021-ci illərdə Formula-1 Qran Prisi yarışlarında, Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalında həkim və tibbi marşal kimi vəzifələrdə çalışıb. O, əmək fəaliyyətinə 2018-ci ildə dövlət tibb müəssisəsində həkim terapevt olaraq başlayıb 9 mart 2022-ci il tarixindən Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsində təcili yardım həkimi kimi fəaliyyət göstərir.

 

Leyla Fətullayeva 2020-ci ildə COVID-19 pandemiyası ilə mübarizəyə qoşularaq 17 saylı Birləşmiş Şəhər Xəstəxanasında COVID-19 infeksiyalı xəstələrə tibbi xidmət göstərib. Həkim daim öz üzərində işləyir, tibbin son nailiyyətlərini öyrənir, ölkəmizdə və xarici ölkələrdə keçirilən müxtəlif konfranslarda, simpoziumlarda və təkmilləşdirmə kurslarında iştirak edir.

 

O, 5 elmi iş, 1 məqalə, 4 tezis və 3 metodik vəsaitin müəllifidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
aztibb.az

1Mənbələr