AZ

Qazaxıstanda sabiq nazir arvadını döyərək öldürməkdə təqsirli bilinərək 24 il həbs olundu

Qazaxıstanda sabiq nazir arvadını döyərək öldürməkdə təqsirli bilinərək 24 il həbs olundu

Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev məhkəmə tərəfindən həyat yoldaşı Saltanat Nukenovanın qətlində təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS xəbər verir ki, bu barədə TASS məhkəmə zalından məlumat yayıb.

44 yaşlı Bişimbayev Astanadakı restoranlardan birində 31 yaşlı arvadını qətlə yetirməkdə ittiham olunur. İstintaqın məlumatına görə, ər-arvad arasında münaqişə baş verib və bu zaman Bişimbayev qadını döyərək öldürüb.

Məhkəmədə son çıxışı zamanı Bişimbayev günahını qismən etiraf etsə də, arvadını bilmədən öldürdüyünü vurğulayıb. Bundan əlavə, o, "ədalətli və qərəzsiz məhkəmə araşdırması" tələb edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
1

1Mənbələr

Şərh ()
Bağla