AZ

Kataloniyanın başçısı siyasətdən uzaqlaşmaq qərarına gəlib

Kataloniyanın

Bakı, 13 may, AZƏRTAC

İspaniyanın Kataloniya bölgəsinin hökumət başçısı vəzifəsini icra edən Pere Araqones muxtariyyətdə keçirilən seçkilərdən sonra deputat mandatından imtina etmək və siyasətdən çəkilmək qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, siyasətçi bu qərarı rəhbərlik etdiyi “Kataloniyanın sol respublikaçıları” partiyasının seçkilərdə mövqeyinin pisləşməsi səbəbindən qəbul edib.

Qeyd edək ki, mayın 12-də Kataloniyada keçirilən parlament seçkilərində sosialistlər qələbə qazanıb. Onun ardınca Kataloniyanın sabiq lideri Karles Puçdemonun rəhbərlik etdiyi koalisiya gəlir.

Regionun İspaniyadan ayrılmasını istəyən sol respublikaçılar partiyası 135 yerlik parlamentdə 20 yerə sahib olub ki, bu da əvvəlki seçkilərdən 13 yer azdır. Eyni zamanda, heç bir siyasi qüvvə hökumət başçısı postuna asanlıqla təsdiqləmək üçün yetərli yer əldə edə bilməyib. Bu isə o deməkdir ki, Kataloniya hökumətinin gələcək rəhbərinin təsdiqi üçün siyasi qüvvələr arasında danışıqlar mərhələsi başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
azertag.az

1Mənbələr