AZ

MDB ölkələrinin miqrasiya idarələrinin rəhbərləri Düşənbəyə gedəcəklər

Bakı,TurkicWorld

Mayın 28-də Düşənbədə Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 28-ci iclası keçiriləcək.

TurkicWorld xəbər verir ki,iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Türkmənistan, Özbəkistan, Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyası və Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, iclas çərçivəsində Tacikistan və Rusiya Federasiyasının müvafiq miqrasiya orqanlarının rəhbərliyi arasında ikitərəfli görüşlər keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
320
turkic.world

1Mənbələr