AZ

Səfərbərlik Xidmətinin keçmiş əməkdaşlarının məhkəməsi BAŞLAYIR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nizami Rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Nəbiyev Hümbət Nizami oğlu və vətəndaş Əsgərov Xəlil Ənvər oğlunun hərbi xidmətə çağırış sahəsində qanun pozuntularına yol vermələri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işlərinin istintaqı yekunlaşıb.

 

Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.

 

İstintaqla Hümbət Nəbiyevin qeyd olunan vəzifədə işləyərkən əvvəlcə vətəndaşa müvəqqəti olaraq möhlət hüququnun verilməsi müqabilində müəyyən məbləğdə pul vəsaitini rüşvət qismində alması, daha sonra isə həmin şəxsə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi müqabilində təkrarən külli miqdarda rüşvət tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Digər cinayət işi üzrə isə Xəlil Əsgərovun SHXÇDX-nin Şəmkir rayon şöbəsində işləyən vəzifəli şəxslərin qərarına qanunsuz təsir etmək imkanına malik olduğunu bildirməklə hərbi xidmət üzrə çağırışçının xidmətə yararsız olması barədə hərbi biletlə təmin edilməsi, eləcə də həmin şəxsin ölkə hüdudlarını tərk etməsinin məhdudlaşdırılmaması müqabilində tələb etdiyi pul vəsaitinin müəyyən hissəsini qanunsuz olaraq almasına əsaslı şübhələr müəyyən edilib.

 

Hər iki cinayət işi üzrə toplanmış sübutlar əsasında Hümbət Nəbiyevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (rüşvət alma təkrar və külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Xəlil Əsgərova isə həmin Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib və cinayət işləri baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
5

1Mənbələr

Şərh ()
Bağla