AZ

2 ay əvvəl ailə quran cütlük 2 gün fərqlə dünyasını dəyişib

Adıyamanda avtomobil yoldan çıxaraq yuvarlanıb. Hadisə yerində dünyasını dəyişən Ayşe Derya Alptekindən sonra əri Tevfik Alptekin də müalicə aldığı xəstəxanada 2 gün sonra dünyasını dəyişib. 

Sherg.az xəbər verir ki, qəza mayın 11-də Kahta-Adıyaman avtomobil yolunun hava limanı qovşağında baş verib. Tevfik Alptekinin idarə etdiyi 02 AAP 476 nömrəli avtomobil aşıb və istinad divarına çırpılıb. Hadisəni görənlər 112 Təcili Zəng Mərkəzinə vəziyyəti xəbər veriblər.

Xəbər üzərinə qəza yerinə sağlamlıq, xilasetmə və jandarma qrupları sövq edilib. Həkimlər tərəfindən aparılan müayinədən sonra Ayşe Derya Alptekinin öldüyü müəyyən edilib. 
Ağır yaralanaraq Adıyaman Təhsil və Araşdırma Xəstəxanasına aparılan sürücü Tevfik Alptekin xəstəxananın reanimasiya şöbəsində edilən müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Qəzada ölən cütlüyün 2 ay əvvəl evləndiyi öyrənilib.

Bu gün keçiriləcək dəfn mərasimdə Alptekin cütlüyünün yan-yana dəfn ediləcəyi bildirilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
sherg.az

1Mənbələr