AZ

Avropalı parlamentarilər Tbilisiyə toplaşır

Almaniya, Polşa, Çexiya, Litva və Estoniya parlamentlərinin xarici əlaqələr komitələrinin rəhbərləri Tbilisiyə gəliblər.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, qonaqlar Gürcüstan parlamentinin müxalifət deputatları ilə görüş keçiriblər və danışıqların əsas mövzusu “Xarici agentlər haqqında” qanun layihəsi olub.

Bundan öncə Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot deyib ki, nümayəndə heyətinin səfəri bir aydır mübahisəli təşəbbüsün geri götürülməsini tələb edən gürcü xalqı ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır.

“Mən Gürcüstanın dostuyam və ölkəni Avropa İttifaqı (Aİ) yolunda dəstəkləyirəm. Ona görə də Aİ ölkələrindən olan digər həmkarlarımla birlikdə Tiflisə gedirəm”, – o , X sosial şəbəkəsində yazıb.

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Aİ ölkələri parlamentlərinin deputatları ilə görüşdən imtina edib. Spiker bunu səfərin təxirə salınması ilə bağlı tövsiyəsinin nəzərə alınmaması ilə izah edib. Papuaşvili bildirib ki, müxalifət onların gəlişini “radikal hərəkətlər” üçün stimul kimi qəbul edə bilər.

Hökumətyönlü “İmedi” telekanalı iddia edib ki, nümayəndə heyətinin üzvləri Gürcüstana səfər üçün ölkənin keçmiş müdafiə naziri David Kezeraşvilidən 50 min dollar alıblar. O, 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsindən sonra vəzifəsini tərk edib. Hazırda bizneslə məşğuldur və Böyük Britaniyada yaşayır.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
konkret.az

1Mənbələr