AZ

Portuqaliya XİN Afrika ölkələrində Rusiyanın təsirinin artmasını təhlükəli hesab edir

Portuqaliyanın xarici işlər naziri Paulo Rangel Rusiyanın Afrikada artan təsirini İspaniya və Portuqaliya üçün təhlükə adlandırıb.

Qaziler.az bildirir ki, o, bu barədə İspaniyanın "El País" nəşrinə müsahibəsində bildirib.

“Saheldə Rusiyanın təsirinin artmasının Portuqaliya və İspaniyaya üçün həlledici təsiri ola bilər. Biz Rusiyanın hərbi və ya paramitar təsirinə təhlükə və risk kimi baxmalı və NATO-nun bu barədə məlumatlılığını artırmalıyıq”.

Bununla da  Avropa ölkələrindən birinin Xarici İşlər Nazirliyinin rəhbəri Portuqaliyanın keçmiş müstəmləkəsi San-Tome və Prinsipi tərəfindən Rusiya ilə hərbi əməkdaşlıq haqqında saziş imzalamasına münasibət bildirib.

Mayın 6-da sazişin tərəfləri hərbi təhsil sahəsində əməkdaşlıq etmək və bu sahədə təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
1

1Mənbələr

Şərh ()
Bağla