AZ

Bölgələrdə kirayə evlərin qiyməti artıb

"Turistik bölgələrdə istirahət üçün üz tutulan həyət evləri, koteclər və son illərin dəbi olan “A-frame” evlərin kirayə qiyməti artıb”.

Bunu “Operativ Media”ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyib.

Ekspertin sözlərinə görə, kirayə evlərin qiymətləri yerləşdiyi bölgədən asılı olaraq dəyişir:

“Məsələn, İsmayıllıda evlərin 1 günlük qiyməti 50 manatdan başlayır, 500 manata qədər dəyişir. Turistlər hazırda daha çox "A" formalı evlərə üstünlük verirlər. "A-frame" tipli evlərin də qiyməti 100-150 manat civarı olanlar hovuzsuzdur, 150 manatdan 400 manata qədər olanlar isə hovuzludur. Kənd evlərinin isə qiyməti 50-60 manata 2 otaqlı, 80-100 manat 3 otaqlı, 100-150 manata olanlar isə 4-5 otaqlıdır".

Rieltorlar bildirirlər ki, yaya doğru qiymətlərin artacağı gözlənilir. Şəkidə isə kirayə evlərin qiyməti adambaşına gündəlik 10-25 manat, ailə ilə 60 manatdan 350 manata qədər dəyişir:

“Hazırda artım o qədər hiss olunmur. Amma yay aylarında, artımı hiss etmək mümkündür. 10 faizdən 50 faizə qədər artım müşahidə olunur. Günlük kirayəsi 300, 350 manata olan evlər də  var. Adətən, villa tipli evlər 300 manatdan baha olur. Zaqatalada isə evlərin yerləşdiyi yerlərdən asılı olaraq qiymətlər minimum 50-60 manatdan başlayır. Uzunmüddətli həyət evlərinin aylıq qiyməti 350-400 manatdan başlayır. Bina evləri eynilə 300-350 manatdan başlayır. "A-frame", üçbucaq koteclərin qiyməti də 70-80 manatdan başlayır. Həyət evləri 450-500 manata olan evləri keçən il 30-350 manata tapmaq mümkün idi. Əvvəlki illərə baxanda bu il həddindən artıq qiymətlərdə artım müşahidə edilir. Əvvəllər günü 50 manata evlər tapmaq mümkün idisə, bu gün qiymətlər 80-100 azn arasında dəyişir və bu rayon üçün çox bahadır. Rayonlarda kirayə evlərin qiyməti minimum 300 manatdan başlayır. Əvvəllər isə 200 manata belə kirayə evlər tapmaq mümkün idi".

Ekspert əlavə edib ki, Zaqatala bölgəsində evlərin kirayə qiymətlərində növbəti aylarda artımın olacağı gözlənilmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
1
operativmedia.az

2Mənbələr