AZ

II və III qrupu seçən abituriyentlərin DİQQƏTİNƏ: Bu ixtisaslara qəbul olmaq daha asandır

II və III qrupu seçən abituriyentlərin DİQQƏTİNƏ: Bu ixtisaslara qəbul olmaq daha asandır

Abituriyentlərin üz-üzə qaldığı məsələlərdən biri də hansı ixtisas qrupunu seçsələr, daha rahat ali məktəbə qəbul oluna biləcəkləri ilə bağlıdır. Bəzən abituriyent ali məktəbə daha asan qəbul oluna biləcəkləri ixtisas qrupuna üz tuturlar. Bəs görəsən, II və III ixtisas qrupu üzrə abituriyentlərin daha asan qəbul ola biləcəkləri ixtisaslar hansılardır?

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Sonxeber.az-a açıqlama verib.

Ekspert məsələyə aydınlıq gətirib:

"26 may Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupuna blok imtahanı keçiriləcək. Bu imtahanda 49094 abituriyentin iştirakı gözlənilir. Bu imtahan 400 balllıq imtahandır. Yəni buraxlış imtahanını verən abituriyent burada maksimal nəticə 400 bal uğrunda mübarizə aparacaqlar. Abituriyent ümumi müsaqibə şərtini keçdiyi halda( 200 bal toplayan abituriyent ixtisas seçmə prosesində itirak edə biləcək.

Hazırki vəziyyətdə III qrupu seçmiş abituriyentlərin pedoqoji yönümlü, tərcümə və sosial iş ixtisaslara qəbul olma şansı daha yüksəkdir. II ixtisas qrupunda isə marketinq menecment və iqtisadiyyat yönümlü ixtisaslara qəbul olma şansları daha yüksəkdir".

Gülcahan Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95

1Mənbələr

Şərh ()
Bağla