AZ

Paşinyanın partiyasından Köçəryan və Sərkisyana: “Revanşistlər...”

Necə oldu, məsələ nə qədər ciddiləşdi ki, revanşistlər Baş nazir Nikol Paşinyanı impiçment etmək qərarına gəldilər?

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Davit Karapetyan deyib.

Deputat sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın seçkilərin saxtalaşdırılması yolları ilə seçildiklərini də vurğulayıb:

“Neçə nəfər bir araya gəldi ki, impiçment elan etmək qərarına gəliblər? Üstəlik, söhbət seçkilərin saxtalaşdırıldığı dövrlərdən sonra nəhayət, xalq tərəfindən legitim şəkildə seçilən ölkə başçısından gedir. İmpiçmentdən söhbət gedə bilməz”.

Karapetyan İrəvanda etiraz aksiyaları keçirən revanşistlərin hakimiyyət dəyişikliyinə yol açacaq qədər kütləvilik yarada bilmədiklərini qeyd edib:

“Meydanda toplanan adamların sayının nisbəti necə müəyyən edilir? Bunu təkcə meydanda toplantılar, mitinqlər təşkil etməklə həll etmək olmaz. 2018-ci ildə bütün xalq ayağa qalxmışdı. Xalqın narazılığı böyükdürsə, əlbəttə, bu, dəyişikliklərə səbəb ola bilər.

Bu gün narazılıq üçün belə səbəblər yoxdur. Əlbəttə, dünyada heç bir hökumət məsum olmadığı kimi, biz də məsum hökumət deyilik, amma bu hakimiyyət əvvəlkilərdən fərqli olaraq, demokratiya yolu ilə gedir”.

Deputat Paşinyanın 2018-ci ildə təşkil etdiyi aksiyalarla bu gün baş verənlər arasında böyük fərqlərin olduğunu söyləyib: “Həmin vaxt xalq üsyanı vardı. İndikilər mütəşəkkil dəstələrdir, burada böyük fərq var. Siz yaxşı bilirsiniz, aksiyalar kimlər, əvvəlki hakimiyyətlər - revanşistlər tərəfindən təşkil olunub”.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
teleqraf.com

1Mənbələr