AZ

Paşinyanın deputatı inqilabçı keşişi lağa qoydu: “Başına papaq qoy“

Xəbər verdiyimiz kimi səhər saatlarından başlayaraq İrəvanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə 150-dən çox radikal saxlanılıb. News365.az xəbər verir ki, Daxili İşlər Nazirliyi xüsusi təyinatlı polis dəstələrini də radikalların iğtişaşlarının yatırılmasına cəlb edib. "Mamul" nəşri polis və xüsusi təyinatlıların jurnalistlərə qarşı da güc tətbiq etdiyini və kobud davrandığını yazıb.

Bundan başqa, xüsusi təyinatlılarla müharibədə öldürülmüş əsgər anaları arasında da insident yaşanıb. 

İtaətsizlik aksiyaları dünən axşam “Vətən uğrunda Tavuş” yeni müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın İrəvanda hakimiyyət əleyhinə təşkil etdiyi mitinqdən sonra meydana gəlib.

Ermənistanın hakim partiyasını təmsil edən deputat, parlamentinin müdafiə komitəsinin üzvü Qaqik Melkonyan inqilabçı keşişə lağ edən açıqlamalar verib. 

“Bir neçə gün əvvəl mən ona Nikol Paşinyan aksiyalara başlayarakən olduğu kimi bel çantası götürməyi məsləhət bildim. Yəni keşiş özünü baş nazirə oxşatmaq isdəyir. Amma o, məsləhətlərimə qulaq asmadı. Mən onu başına Paşinyan kimi papaq qoymağa çağırıram. Çünki yepiskopun başı artıq qaralıb sanki yanıb və bu adamda nəsə baş verir”, - deyə “Mülki müqavilə” fraksiyasının deputatı Qaqik Melkonyan rəngi boğulan yepiskopa söz atıb.

Qeyd edək ki, son günlər Ermənistanda vəziyyət xeyli gərginləşib. Gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99

1Mənbələr

Şərh ()
Bağla