AZ

Josep Borreli Gürcüstana görə açıqlama verməyə çağırdılar

Avropa İttifaqının 12 ölkəsinin xarici işlər nazirləri qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borreli Gürcüstandakı vəziyyətlə bağlı təcili açıqlama verməyə çağırıb.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, onlar mübahisəli qanunun qəbul ediləcəyi təqdirdə Aİ tərəfindən hansı cavab tədbirlərinin görüləcəyini açıq şəkildə bildirməyi xahiş ediblər.

Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, İrlandiya, Latviya, Litva, Hollandiya, Polşa və İsveçin xarici işlər nazirlərinin müraciətini təqdim edirik:

“Birbaşa və aydın mesaj Gürcüstanın sabahkı Avropa gələcəyini təmin etmək üçün böyük əhəmiyyət kəsb edir. Bizim prinsipial mövqeyimiz və qətiyyətli addımlarımız öz ölkələrinin Avropa gələcəyinə can atan gürcü xalqının bizdən gözləntisidir”.

Nazirlər vurğulayıblar ki, təklif olunan qanun “Gürcüstanda demokratiya və insan haqları sahəsində geri çəkilmənin qorxulu trayektoriyasının daha bir əlamətidir: “Çünki “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin son çıxışından sonra ölkə hökumətinin “demokratik Qərbdən və onun standartlarından” uzaqlaşdığı bəlli olub”.

Xarici siyasət idarələrinin rəhbərləri J.Borreli “təklif olunan qanunun 9 addımın icrasına necə təsir edəcəyi” barədə dərhal Avropa Komissiyasını məlumatlandırmağa çağırıblar: “Sizdən bunu prioritet qaydada etməyinizi və bu ictimai dəyərləndirmənin hazırlanmasını Gürcüstan parlamentində yekun səsveməyə qədər təmin etməyinizi xahiş edirik”.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
konkret.az

1Mənbələr