AZ

Sahibə Qafarova Asiya Qadınlar Forumunda COP29 barədə danışıb

Bakı. Trend:

Qadınlar cəmiyyətimizi ayaqda tutan əsas dəyərlərinformalaşmasında olduqca mühüm rol oynayırlar. Qadınlarımızınölkəmizin siyasi, iqtisadi, sosial, mədəni həyatına verdikləriböyük töhfələr Azərbaycanda qadın hüquqlarına yanaşmanı əksetdirir.

Parlamentdən Trend-ə verilən məlumata görə, bunu Milli Məclisinsədri Sahibə Qafarova Özbəkistan Respublikasının Səmərqəndşəhərində keçirilən Asiya Qadınlar Forumunda çıxışı zamanıAzərbaycanda qadınların hüquqlarının müdafiəsi və genişləndirilməsiilə bağlı həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlərbarədə məlumat verərkən səsləndirib.

Ölkəmizin bu sahədəki qlobal təşəbbüslərindən də danışan MilliMəclisin sədri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründəPrezident İlham Əliyevin Qoşulmama Hərəkatında QadınlarPlatformasının yaradılması təşəbbüsü ilə çıxış etdiyini toplantıiştirakçılarının diqqətinə çatdırıb. O, qeyd edib ki, bu təşəbbüsünreallaşması qadınların hüquqlarının inkişaf etdirilməsi üçün dahabir vacib çoxtərəfli mexanizm olacaq.

Azərbaycan həm də qadın hüquqlarının müxtəlif aspektləri üzrəmüzakirələrin aparılması üçün mühüm məkana çevrilib. Ötən ilinnoyabrında keçirilmiş Qoşulmama Hərəkatının “Qadın Hüquqlarınınİnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” üzrə Konfransı, buil mayın əvvəlində təşkil olunmuş 6-cı Ümumdünya MədəniyyətlərarasıDialoq Forumunun qadın problemlərinin mədəniyyətlərarasıperspektivlərinə həsr olunmuş ayrıca sessiyası səmərəli fəaliyyətvə geniş müzakirələr üçün mühüm platforma olmuşdur.

Çıxışında Azərbaycanın öz torpaqlarını erməni işğalından azadetdikdən sonra həyata keçirilən genişmiqyaslı quruculuq və bərpaişləri haqqında danışan spiker Sahibə Qafarova deyib ki, keçmişməcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. "Böyükqayıdış"la bağlı ilk Dövlət Proqramının prioritet istiqamətlərindənbiri də qadınlarımıza bu ərazilərdə iş imkanları verməkdir. Dövləttərəfindən dəstəklənən proqram və təşəbbüslərin həyata keçirilməsiartıq uğurlu nəticələr verməyə başlayıb.

Milli Məclisin sədri Sahibə Qafarova, həmçinin bu ilAzərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının TərəflərKonfransının iyirmi doqquzuncu sessiyasına – COP29-a evsahibliyiedəcəyini xatırladaraq, bildirib ki, belə mötəbər bir beynəlxalqtədbirə evsahibliyi etmək ölkəmiz üçün qürurvericidir. AzərbaycanınCOP29 üçün hazırlıq işlərini yüksək səviyyədə həyata keçirdiyinideyən parlamentin spikeri qeyd edib ki, tədbirin TəşkilatKomitəsində qadınların effektiv iştirakının təmin edilməsiAzərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizə məsələlərinəqadınların cəlb olunması ilə bağlı qətiyyətini göstərir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
19

1Mənbələr

Şərh ()
Bağla