AZ

Qərbi Azərbaycanda yeni türk əlifbasına keçid - Araşdırma

Qədim tarixə, zəngin mədəniyyətə və ədəbi irsə mali Azərbaycan xalqı dünya sivilizasiyasına önəmli töhfələr verib. Qədim Azərbaycan dilinin formalaşması onun tarixi köklərinin dünya sivilizasiyasının ilkin çağlarına gedib çıxdığını əyani şəkildə sübut edir. Dünya mədəniyyətinin beşiyi olan şumerlərin dil elementlərinin dilimizdə də mövcudluğu, onların tarixi, milli və mənəvi dəyərlərimizdə əks olunması, keşməkeşli dolaylardan keçib bu günümüzədək gəlib çatması buna aydın nümunədir.

Amma bütün bunlara baxmayaraq, dünya tarixində türklər qədər əlifbası dəyişdirilən, müxtəlif tarixi dövrlərdə fərqli mənşəli yazı sistemindən istifadə edən ikinci xalq demək olar yoxdur. Məlum olduğu kimi, Ərəb xilafəti Yaxın Şərq ölkələrinə hücuma keçərək türkləri özünə tabe etdirdikdən sonra ərəb əlifbasını qəbul etdirdi. Dilimizin zənginliyini, fonetik sistemini, özünəməxsusluğunu ifadə etmək imkanından çox uzaq olan ərəb əlifbasına qarşı mübarizənin önündə gedən, yeni əlifba ideyasını böyük ictimai hərəkata çevirən ilk azərbaycanlı, xalqımızın böyük mütəfəkkir oğlu, XIX əsr Azərbaycan elmi, mədəniyyəti və ədəbiyyatı tarixinə dahi şəxsiyyət kimi daxil olmuş, dilimizin varlığı və saflığı uğrunda qətiyyətlə, ardıcıl mübarizə aparmış insan Mirzə Fətəli Axundov olub. Onun başlatdığı bu yolla bir sıra xələfləri işıqlı ideyanın həyata keçirilməsi uğrunda böyük fədakarlıq göstəriblər. 1918-ci ildə Azərbaycan ziyalıları latın əlifbasının qəbul edilməsi üçün təşəbbüs göstərsələr də, buna nail ola bilməmişdilər. Məlumdur ki, bəzi mühafizəkarlar latın əlifbasının qəbul olunmasını istəmirdilər.

Bu fikirlər filologiya üzrə fəlsəfə elmləri doktoru, Qərbi Azərbaycan İcmasının üzvü Cəlal Allahverdiyevin “Qərbi Azərbaycanda yeni türk əlifbasına keçid (1922-1929)” adlı məqaləsində yer alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
visiontv.az

1Mənbələr