AZ

Ukrayna ilə bağlı konfransda təkcə Zelenskinin planı müzakirə edilməyəcək -İsveçrə XİN

İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Pierre-Allen Elçinqer bildirib ki, Kiyevin təklif etdiyi sülh formulu bu ilin iyun ayında Ukraynada nizamlanma üzrə konfransda müzakirə ediləcək yeganə plan olmayacaq.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, o, konkret hansı planların müzakirə olunacağını açıqlamayıb.

Lakin əmin edib ki, sammitin məqsədi gələcək sülh prosesini sürətləndirməkdir.

“İsveçrənin təşkil edəcəyi konfrans son aylarda aparılan müzakirələrə, xüsusən də Ukrayna sülh formulu və BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanan digər sülh təkliflərinə əsaslanacaq”, - deyə XİN sözçüsü bildirib. .

Xatırladaq ki, konfransın 15 və 16 iyun tarixlərində İsveçrənin Bürqenstok şəhərində keçirilməsi nəzərdə tutulub. Tədbirə Avropa İttifaqı, BRİKS, G20 və digər birliklərdən 160-dan çox nümayəndə heyəti dəvət olunub. Rusiya konfransı mənasız hesab edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
17
ikisahil.az

10Mənbələr