AZ

Məşhur klubun baş məşqçisi olmağa razılaşacaqmı?

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini “Napoli”nin onunla maraqlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, “Napoli”nin prezidentinin ona müraciətindən danışıb:

“De Laurentis 2011-ci ildə mənə müraciət etdi, lakin sonra mən “İnter”ə rəhbərlik etdim. Buna baxmayaraq, o, mənə həmişə böyük hörmətlə yanaşırdı.

Amma indi bütün diqqətimi bu mövsüm A Seriyasında, İtaliya kubokunda və Avropa Liqasında final matçlarına yönəltmişəm. Biz bütün oyunlarda qalib gəlmək istəyirik”.

66 yaşlı mütəxəssis Antonio Konte və Stefano Pioli ilə birlikdə “Napoli”nin baş məşqçisi postuna namizədlərdən biridir.

“Atalanta” mayın 15-də İtaliya kubokunun finalında “Yuventus”la, bir həftə sonra isə Avropa Liqasının kuboku uğrunda həlledici görüşdə “Bayer”lə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57

1Mənbələr

Şərh ()
Bağla