AZ

Şəkərli diabet olan sürücülərin nəzərinə - Bunları bilməlisiniz - VİDEO

Sürücülərin sükan arxasında müxtəlif xəstəliklərə görə çətinlik yaşaması, bir çox halda isə qəzalara səbəb olması halları tez-tez müşahidə edilir. Şəkərli diabetdə belə xəstəliklər sırasındadır. Bəs bu xəstəlikdən əziyyət çəkən sürücülər sükan araxasında nələrə diqqət etməli, hansı tədbirlərlə özlərini qorumalıdır?

Avtosfer.az xəbər verir ki, bu barədə Avto FM radiostansiyasının efirində yayımlanan "Faydalı Saat" verilişində endokrinoloq Səmayə Əliyeva sürücülərə məsləhətlər verib.

O bildirib ki, ilk olaraq sürücülər ya üzərlərində, ya da idarə etdikləri maşında şəkər ölçən aparat, yəni qlükometr gəzdirməlidir: “Onlara həmçinin şəkərin düşüb-qalxmasından asılı olaraq maye halda olan şirin içkilərin və ya meyvə şirələrinin də özləri ilə gəzdirmələri məsləhət olunur. Əgər bu mümkün deyilsə, ən azından şəkər, qənd və yaxud da hər hansısa bir şokolad, konfet kimi məhsullardan da saxlaya bilərlər. Sürücü insuldə olan xəstədirsə insulinlərini öz üzərlərində gəzdirməsi çox yaxşı olar. Bu insulinlər xüsusi sərinləşdirici qablarda və ya avtomobilin soyuducusu varsa, orada saxlanılmalıdır. Çünki anidən şəkər qalxmaları-düşmələri ola bilər ki, bu zaman tövsiyə olunan məhsullar onlara kömək edəcək. Əziz sürücülər sükan arxasında olsanız belə qidalanmanın vaxtını ötürməməyinizi sizə tövsiyə olunur. Şəkər düşməsi-qalxması qidalanma ilə çox əlaqədardır”.

Məhəbbət Tərlanoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
avtosfer.az

1Mənbələr