AZ

"Özünüzü zibil qabına atın" - Erməni deputat etirazçıları təhqir etdi

Ermənistanın hakim partiyasından olan deputat Hasmik Akopyan itaətsizlik aksiyası keçirən etirazçıları təhqir edib.

"Unikal" xəbər verir ki, deputat bu barədə "Facebook" hesabında yazıb. 

"Hörmətli etirazçılar, küçəni zibil qutuları ilə bağlamaqdansa, özünüzü zibil qabına atıb zibil maşını gözləyin. Sizin yeriniz zibillikdədir", - deyə deputat qeyd edib. 

O, bir müddət sonra postu silməyə məcbur olub. 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
189
50

1Mənbələr

Şərh ()
Bağla