AZ

“Arsenal” üçün rekord, “Mançester Yunayted” üçün antirekord

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Arsenal” klubu ölkə çempionatında yeni rekorda imza atıb.

Arena.az xəbər verir ki, “topçular” buna Premyer Liqanın 37-ci turunda səfərdə “Mançester Yunayted”ə 1:0 hesabı ilə qalib gəlməklə nail olublar.

Bu, London təmsilçisinin çempionatın cari mövsümündəki 27-ci qələbəsidir. Bu da klub üçün Premyer Liqa tarixində rekord göstəricidir.

Eyni oyun “Mançester Yunayted” üçün də antirekordla yadda qalıb. Belə ki, Mançester təmsilçisi cari mövsümdə bütün yarışlarda ev oyunlarında 9-cu məğlubiyyətini alıb. Bu, klub tarixində növbəti antirekorddur. “Mançester Yunayted”in oxşar nəticələri 1920/1921, 1930/1931, 1933/1934, 1962/1963 və 1973/1974 mövsümlərində qeydə alınıb.

Xatırladaq ki, Premyer Liqada 37 turdan sonra “Arsenal” 86 xalla vahid liderdir. Lakin rəqibindən bir oyun az keçirən “Mançester Siti”nin 85 xalı var və “şəhərlilər” potensial lider statusundadırlar. “Mançester Yunayted” isə 36 oyunda topladığı 54 xalla 8-ci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
5
arena.az

6Mənbələr