AZ

İrəvanın mərkəzində etiraz aksiyaları davam edir

Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə İrəvanın mərkəzində etiraz aksiyaları davam edir.

Xəzərnews.az news.am-a istinadən xəbər verir ki, fəallar Abovyan küçəsini zibil qutuları və oturacaqlarla bağlayıblar.

Bir gün öncə keçirilən mitinqdə isə Qalstanyan bütün şəhəri və Ermənistanın müxtəlif rayonlarını iflic etmək üçün total tətillərə çağırış edib.

Qalstanyan dəstək olmaq istəyənləri qeydiyyatdan keçməyə və könüllü fəaliyyətə başlamağa dəvət edib.

“Bu günlərdə bizə xeyli insan qoşulub. Əminəm ki, etimadsızlıq prosesi və baş nazirliyə namizədlə bağlı planlarımız konkretləşəndə burada bir neçə yüz min nəfər olacağıq”, - deyə o bildirib.

.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
xezernews.az

1Mənbələr