AZ

Ötən il kibercinayətlər Almaniyaya 205,9 milyard avro zərər vurub

Ötən

Bakı, 13 may, AZƏRTAC

Kibercinayətkarlar 2023-cü ildə Almaniya biznesinə və fiziki şəxslərə 205,9 milyard avro zərər vurublar.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Fezerin hesabatında deyilir.

“Bitkom” federal informasiya texnologiyaları assosiasiyası tərəfindən 2023-cü ildə qeydə alınan zərər 205,9 milyard avro təşkil edib”, - deyə hesabatda bildirilir.

Sənədə əsasən, kibercinayətlər nəticəsində 800-dən çox şirkətə və müxtəlif qurumlara zərər dəyib. Həmçinin xaricdən törədilən cinayətlərin sayı 30 faiz artıb. Hesabatda yer alan məlumata görə, bu statistika “aysberqin görünən hissəsidir”, belə ki, 10 hadisədən yalnız 1-də polisə məlumat verilir.

Nazir, eyni zamanda, Rusiyanın Ukraynada apardığı müharibə səbəbindən kiber təhlükəsizliklə bağlı vəziyyətin xüsusilə gərgin olduğunu vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
4
azertag.az

5Mənbələr