AZ

Bazar günü Bakıda güclü külək gözlənilir

Bazar günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

12 may günün ikinci yarısından başlayaraq 13 maya qədər şimal-qərb küləyinin sürəti saniyədə 15-18 metrə, bəzi yerlərdə 20-23 metrə çatacaq, həmçinin yağıntı olacaq, bəzi yerlərdə şimşək çaxacaq.

Havanın temperaturu gecə müsbət 13 +17, gündüz müsbət 20 +25 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib.

Mayın 12-də Azərbaycanın bir sıra şimal və qərb rayonlarında arabir yağıntı olacaq. Ayrı-ayrı ərazilərdə leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək, axşam saatlarında dağlıq ərazilərdə sulu qar yağacaq. Ayrı-ayrı ərazilərdə qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə müsbət 13 +17, gündüz müsbət 25 +30, dağlarda gecə müsbət 3 +8, gündüz müsbət 10 +15 dərəcə olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179

1Mənbələr

Şərh ()
Bağla