AZ

Xankəndidə Ermənistan konsulluğu AÇILIR? - AÇIQLAMA

Xankəndidə Ermənistan konsulluğu AÇILIR? - AÇIQLAMA

Azərbaycan-Ermənistan münasibətlərində diqqət yetirsək, digər ölkələrin prosesdə iştirakı sadəcə olaraq məkan xarakteri daşıyır. Delimitasi və demarkasiya prosesinə başlanması, kəndlərin qaytarılması və təkbətək görüşlər sülh müqaviləsinin imzalanması ilə bağlı ehtimalları artırır. Bu əlbəttə ki, ölkədə səfirliklərin və konsulluqların açılmasını aktuallaşdırır. Bu baxımdan Azərbaycanda konsulluq açıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turab Rzayev deyib ki, indiki halda belə bir şeyin baş verməsi gözlənilmir:

"Çünki bunun olması üçün uyğun zəmin yoxdur. İlk olaraq konsulluq o ərazilərdə açılır ki, həmin bölgədə digər dövlətin xüsusi maraqları olur. Tarixi və mədəni bağların olması buna aiddir. Məsələn bizim Qarsda, Təbrizdə konsulluğumuzun olması bura nümunə ola bilər. Ancaq burada maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan Ermənistanın Xankəndidə xüsusi marağının olması və mədəni bağları olmasını iddia etməsini istəməz. İlk məsələ budur. Qarabağda erməni əhalisi belə yoxdur. Əhali qalsaydı Ermənistanın orada konsulluq açma səbəbini başa düşə bilərdik".

Politoloqun sözlərinə görə, Fransada həmin ərazidə belə bir maddəni istəmişdi. İndiki halda orada erməni əhalisi yoxdur və bu həmin ehtimalı azaldır:

"Hazırda biz Almatıda elementar görüşlərimiz üst-üstə düşmür. Məsələn delimitasiya və demarkasiya prosesində, Naxçıvana maneəsiz keçidin təmin olunmasında, kommunikasiya xətlərinin açılması və sülh müqaviləsi ilə bağlı ilkin şərtlər yetişməyib. Belə olan halda sülh müqaviləsi imzalanmayıb, digər məsələlər çətin olacaq. İlk olaraq sülh müqaviləsi imzalanmalı və demokratik münasibətlər bərpa olunmalıdır. Daha sonra isə gərək Ermənistanın Bakıda, Azərbaycanın İrəvanda səfirlikləri açılsın. Daha sonra konsulluq məsələsinə qayıdıla bilər. Yəni həmin dövrlərdə şərtlərə baxılacaq və erməni əhalisi yoxdursa, konsulluq məsələsi Azərbaycanın gündəmində olmayacaq".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
sonxeber.az

1Mənbələr