AZ

Pişikləri məscidin həyətindən yığıb öldürən şəxs həbs olundu - 4 il 6 ay

Türkiyədə İstanbuldakı Fatih məscidinin bağçasından pişikləri toplayıb İzmitdə iş yerində öldürən Mehmet Fatih Öztürk 4 il 6 ay həbs cəzasına məhkum edilib.

 

Modern.az ANKA Agentliyinə istinadən xəbər verir ki, heyvansevərlər İstanbul Fatih məscidi ətrafında bəslədikləri pişiklərin yoxa çıxması ilə bağlı vəziyyəti araşdırıb.

 

Vətəndaşlar Mehmet Fatih Öztürkün pişiklərdən birini çantaya qoymasını izləyib. Öztürk polis qrupları tərəfindən saxlanılıb, İzmitdə iş yerində axtarış zamanı 9 ölü pişik tapılıb.

 

Məhkəmədə İstanbul Vəkillər Kollegiyasının Heyvan Hüquqları Mərkəzinin vəkilləri və çoxlu heyvansevər iştirak edib.

 

Məhkəmə qərarını açıqlayaraq, təqsirləndirilən Mehmet Fatih Öztürkün "birdən çox ev heyvanını qəsdən öldürmə" cinayətini törətdiyinin sübuta yetirildiyi səbəbilə 4 il 6 ay həbs cəzasına məhkum edilməsinə qərar verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
modern.az

2Mənbələr