AZ

ATƏT-in sədri Azərbaycana gələcək

Mayın 14-ə ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borq Azərbaycana səfər edəcək. Bu barədə ATƏT-in saytı bildirib.
 
Məlumata görə, səfər zamanı o, prezident İlham Əliyev, baş nazir Əli Əsədov, xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, həmçinin ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvlərilə görüşəcək.
 
Borq bu gün Ermənistana səfər edib. 
 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130

1Mənbələr

Şərh ()
Bağla